2 saylı Bakı Mediasiya Təşkilatında mediasiya prosesinin aparılması üçün bütün lazımi şərait yaradılıb – FOTOLAR | DEFAKTO.AZ 2 saylı Bakı Mediasiya Təşkilatında mediasiya prosesinin aparılması üçün bütün lazımi şərait yaradılıb – FOTOLAR – DEFAKTO.AZ

2 saylı Bakı Mediasiya Təşkilatında mediasiya prosesinin aparılması üçün bütün lazımi şərait yaradılıb – FOTOLAR

88

Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, ailə, əmək və kommerisya mübahisələri ilə bağlı məhkəmə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edilməsi nəzərdə tutulub. Bununla bağlı artıq bir sıra mediasiya təşkilatları fəaliyyətə başlayıb. Həmin təşkilatlardan biri də 2 saylı Bakı Mediasiya Təşkilatıdır.

Defakto.az e-huquq.az saytına istinadən xəbər verir ki, bu təşkilatda mediasiyaya müraciət edənlərin qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Burada 30-a yaxın mediator fəaliyyət göstərir. Əksəriyyəti hüquqşünas olan mediatorlar mediasiya prosesinin taktikalarına dərindən bələd olmuş peşəkarlardır. 2 saylı Mediasiya Təşkilatına müraciət edərək burada ilkin məcburi mediasiya proseslərindən keçə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F(Şam restoranının yanı),

Ərazi: Nərimanov rayonu

Əlaqə telefonları: 012-449-62-08; 012-449-91-11; 070-511-49-90

Təşkilatın rəhbəri: Həsənova İlhamə Zakir qızı – 050-611-49-90

Müraciətlər sadəcə [email protected] elektron ünvanına sənədlərin təqdim edilməsi ilə həyata keçirilə bilər.

2 saylı Mediasiya Təşkilatına müraciət edərkən sizə mediasiya prosesində iştirakın prosedur qaydalarına uyğun maarifləndirici dəstək göstəriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir