Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək – Prezident qanuna dəyişiklik etdi | DEFAKTO.AZ Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək – Prezident qanuna dəyişiklik etdi – DEFAKTO.AZ

Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək – Prezident qanuna dəyişiklik etdi

59

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Defakto.az xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.

Dəyişikliyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək. Həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Bundan başqa, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir