Razi Nurullayev İmişlidə ziyalı qadınlarla görüş keçirdi | DEFAKTO.AZ Razi Nurullayev İmişlidə ziyalı qadınlarla görüş keçirdi – DEFAKTO.AZ

Razi Nurullayev İmişlidə ziyalı qadınlarla görüş keçirdi

489

Millət vəkili Razi Nurullayev İmişli rayonunda ziyalı qadınlarla görüş keçirib, bu barədə Millət vəkili öz Facebook hesabında məlumat paylaşıb.

Bu gün İmişli şəhərində ziyalı qadınlarla görüşdüm. Görüşdə qadınların cəmiyyətdə rolu, qayğıları, işlə təminatı, onlar üçün yeni iş yerlərininin yaradılması, qadınların asudə vaxtlarını keçirmələri üçün şəraitin yaradılması, qızların təhsili kimi məsələlərdən danışdıq.

Toplantıda iştirak edən qadınlar çıxış edərək fikir və təkliflərini səsləndirdilər. Çox gözəl bir görüş oldu və bu cür görüşlərin müxtəlif formatlarda keçirilməsini razılaşdırdıq.

Bütün təkliflərlə bağlı əlimdən gələni edəcəyimi dedim.

Görüşdə Milli Cəbhə Partiyası – MCP Qadınlar şurasının sədri Almaz Mammedova da iştirak edib.

Defakto.az həmin görüntüləri təqdim edir:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir