Yalçın Hacızadə: Prezident İlham Əliyevin rəhbərliyi dövründə rayonların inkişafı ilə bağlı layihələr uğurla reallaşdırılıb | DEFAKTO.AZ Yalçın Hacızadə: Prezident İlham Əliyevin rəhbərliyi dövründə rayonların inkişafı ilə bağlı layihələr uğurla reallaşdırılıb – DEFAKTO.AZ

Yalçın Hacızadə: Prezident İlham Əliyevin rəhbərliyi dövründə rayonların inkişafı ilə bağlı layihələr uğurla reallaşdırılıb

59

Prezident İlham Əliyevin ölkənin bütün regionlarının inkişafını şəxsi nəzarətində saxlaması, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi Azərbaycanın müasir simasının formalaşmasında mühüm yer tutur. Dövlətimizin başçısı ölkənin müxtəlif rayonlarına mütəmadi səfərləri çərçivəsində müxtəlif müəssisələrin açılışlarını edir, onların fəaliyyətini yoxlayır, regionların iqtisadi-sosial vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir.

Defakto.az saytı azertag.az istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə deyib.

“Prezident İlham Əliyev çıxışlarında iqtisadi sahələrin inkişafının təmin edilməsinin onun fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirib”, – deyən partiya sədrinin müavini vurğulayıb ki, dövlətimizin başçısı ölkəmizdə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın yaxşılaşdırılmasını təmin etmək məqsədilə 2016-cı ildə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda orta və uzunmüddətli dövrləri əhatə etməklə iqtisadiyyatın 11 sektorunun inkişaf planları göstərilib. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkənin regionları ilə bağlı qəbul edilmiş müxtəlif sosial-iqtisadi layihələr uğurla həyata keçirilib.

Y.Hacızadə bildirib ki, Prezident İlham Əliyev təkcə işğaldan azad olunmuş ərazilərə deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi ölkədə yenidənqurma işlərinin bütün istiqamətlərdə aparıldığını göstərir. Həmçinin bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işləri sürətlə və plana uyğun davam etdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir.

“Vətən müharibəsində qazanılan Qələbədən sonra düşmən tərəfindən vəhşicəsinə dağıdılmış rayonlarımızın yenidən qurulması, ölkə və beynəlxalq miqyaslı müxtəlif layihələrin həyata keçirilməsi də dövlətimizin başçısının bu sahələrə birbaşa nəzarətinin təzahürüdür.

Bu ilin iyulunda Prezident İlham Əliyev ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü haqqında Fərman imzaladı. Həmin Fərmana əsasən, Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması, kənd təsərrüfatı, turizm və iqtisadiyyatın digər sahələri üzrə inkişafın təmin olunması ölkəmizin ümumi rifahına böyük, müsbət təsir göstərəcək”, – deyə o qeyd edib.

İşğaldan azad olunmuş bölgələrdə quruculuq işlərinin müasir texnologiyalar əsasında və yeni idarəçilik mexanizmləri vasitəsilə həyata keçirildiyini vurğulayan Y.Hacızadə deyib: “Prezident İlham Əliyev çıxışlarının birində bu məsələ ilə əlaqədar bildirmişdi ki, işğaldan azad olunmuş rayonlarda əldə ediləcək uğurlu nümunələr ölkəmizin digər bölgələrinə də tətbiq olunacaq”.

Sonda diqqətə çatdırılıb ki, bütün bunlar qlobal pandemiyanın yaratdığı böhrandan ölkəmizin tez bir zamanda çıxacağını və əvvəlkindən də sürətli inkişafa nail olacağını göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir