Razi Nurullayev: İşləyəni də var, şablonla yola verəni də… | DEFAKTO.AZ Razi Nurullayev: İşləyəni də var, şablonla yola verəni də… – DEFAKTO.AZ

Razi Nurullayev: İşləyəni də var, şablonla yola verəni də…

42

Vətəndaşların şikayətlərini parlament iclaslarında ən çox səsləndirən deputatlardan biri də Razi Nurullayevdir. Milli Məclisin üzvünün saytımıza açıqlamasında təriflədiyi və tənqid etdiyi qurumlar var:

“Bir sıra dövlət qurumları ilə faydalı iş əməkdaşlığımız yaranıb. Xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi qurumlarını qeyd etmək istəyirəm. Tibbi, Sosial, Ekspertiza Agentliyi, Sosial Təminat Agentliyi, Sosial Reabilitasiya Agentliyi və nazirliyin nəzdindəki digər qurumlarla çox yaxşı əlaqələrimiz, əməkdaşlığımız formalaşıb. Deputatı olduğum İmişli rayonunda vətəndaşların problemləri arasından bu qurumlara aid olanların 80-90 faizini həll etmişik. Nazir müavinləri ilə də əlaqələr, münasibətlər qurub, hətta razılaşmadığımız məqamları da nəzərlərinə çatdırırıq. İstənilən halda düşünürəm ki, əməkdaşlıq qurub, birgə çalışmaq daha yaxşıdır.

Müdafiə və Daxili İşlər Nazirlikləri ilə də yaxşı iş münasibətimiz yaranıb. Mən onların reaksiyasından da, bizimlə iş qurmağından da çox razıyam. Zaman-zaman da bunu dilimə gətirirəm. Çünki bunu haqq edirlər.

Yerdə qalan dövlət orqanları ilə də iş münasibətlərimiz var. Həm partiya sədri, həm də deputat olaraq qeyd edə bilərəm ki, bizə qarşı laqeydlik, hörmətsizlik edən dövlət qurumları yoxdur. Amma elə dövlət qurumları var ki, vətəndaşların problemlərini həll etmirlər, şablon cavablar göndərirlər. Bəzi problemlərin həlli qurumun səlahiyyətindədir, amma buna cəhd etmir. Hansısa şöbə müdirinin müavininin əmisi oğlunun dayısı nəvəsi tərəfindən şablon cavab məktubu yazılır ki, məsələ nəzarətimizdədir. Belə münasibəti hörmətsizlik kimi qəbul edirəm. Lakin bəzən də məktublara elə cavablar gəlir ki, məsələ həll edilməsə belə baxırsan, haqlıdır. Ümumilikdə, dövlət qurumları içərisində deputatlarla həm yaxşı işləyən, həm pis işləyən, həm də formal xoş münasibət göstərib, nəticə ortaya qoymayanlar var” /modern.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir