İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR | DEFAKTO.AZ İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR – DEFAKTO.AZ

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsinin birinci il dönümündə – 17 oktyabrda Füzuliyə səfər edib. Çıxışı zamanı dövlət başçısı Füzulinin azad edilməsinin strateji əhəmiyyəti, əməliyyatın mürəkkəbliyi və önəmi barədə fikirlər səsləndirib. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir.
Prezident Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında bir daha yeni reallıqlardan danışdı və məğlub Ermənistanı sülh müqaviləsi bağlamağa çağırdı. Regionda yeni dövrün başlandığını deyən İlham Əliyev bildirdi ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Hər halda Ermənistanla Azərbaycan arasındakı bu ədavət əbədi olmamalıdır. Yəni bütün bu dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq, gələcəyə baxılmalıdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir.
Amma hələ ki, Ermənistan sülh müqaviləsi bağlamaqdan boyun qaçırır. Azərbaycan isə bu prosesə tam hazırdı. İlham Əliyev hesab edir ki, bu məsələdə vasitəçiyə də ehtiyac yoxdur, iki ölkə məsələni həll edə bilər və bu da bölgədə uzunmüddətli sülhü təmin edər.
Azərbaycan xalqı dünyanın ən zəngin irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib.
Beləliklə, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəindən bu dövrdə 70-ə yaxın məscid məhv edilib. Bütövlükdə isə, işğal altında olunmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub.
Dövlət başçısı Füzuli rayonunun ictimaiyyəti ilə görüşündə həmçinin Ermənistandakı revanşistlərə də sərt xəbərdarlığını ünvanladı: “Ermənistanda revanşist hisslərlə yaşayanlara müraciət edirəm – ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.
Ağaxan Ağayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir