Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi – Foto | DEFAKTO.AZ Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi – Foto – DEFAKTO.AZ

Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi – Foto

64

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Defakto.az “unikal.org”a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Polis idarəsi rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə, Göyçay Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis şöbəsinin rəisi təyin edilib.

Hələlik Göyçay Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir