İctimai yerlərdə tibbi maska taxmayanlara görə tətbiq edilmiş cərimələr artırılmalıdır… | DEFAKTO.AZ İctimai yerlərdə tibbi maska taxmayanlara görə tətbiq edilmiş cərimələr artırılmalıdır… – DEFAKTO.AZ

İctimai yerlərdə tibbi maska taxmayanlara görə tətbiq edilmiş cərimələr artırılmalıdır…

43

“İctimai yerlərdə tibbi maska taxmayanlara görə tətbiq edilmiş cərimələr artırılmalıdır. Eyni zamanda, maskanın virusdan qorunmada təsirli olduğunu əsas gətirərək maarifləndirici işlər aparılmalıdır”.

Defakto.az DEFAKTO.az-ya istinadən xəbər verir ki, bunu Molekulyar Genetik Tədqiqatlar Elmi Mərkəzinin qurucusu və baş direktoru Andrey İsayev TASS-a açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Rusiyada maska rejiminə riayət etmək məsələsini nizama salmaq lazımdır: “Çünki Rusiya bütövlükdə sanitar maarifləndirmə baxımından Avropa qonşularından fərqlənir. Moskvada vəziyyət bir qədər yaxşıdır, amma hər hansı bir bölgədə küçəyə çıxsanız, əhali tərəfindən maska rejiminə tamamilə məhəl qoyulmadığını görəcəksiniz. İctimai yerlərdə maska taxmağa məhəl qoymayanlar üçün cəzaların artırılmasına ehtiyac var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir