Prezident Bakıda yolların yenidən qurulmasına 4,9 milyon manat ayırdı – SƏRƏNCAM | DEFAKTO.AZ Prezident Bakıda yolların yenidən qurulmasına 4,9 milyon manat ayırdı – SƏRƏNCAM – DEFAKTO.AZ

Prezident Bakıda yolların yenidən qurulmasına 4,9 milyon manat ayırdı – SƏRƏNCAM

53

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Defakto.az-ın məlumatına görə, sərəncamla əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir