Ağalar Vəliyevin “Kristal Abşeron”undan sakinlərə hörmətsizlik – Video | DEFAKTO.AZ Ağalar Vəliyevin “Kristal Abşeron”undan sakinlərə hörmətsizlik – Video – DEFAKTO.AZ

Ağalar Vəliyevin “Kristal Abşeron”undan sakinlərə hörmətsizlik – Video

31

“Kristal Abşeron” şirkəti sifarişçi şirkəti aldadır, keçmiş məcburi köçkünlərə isə hörmətsizlik edir, onları incidir”.

Bu sözləri Correct.az saytına açıqlamasında jurnalist Rövşən Əsədov deyib. O, bildirib ki, deputat Ağalar Vəliyevə məxsus olduğu iddia edilən “Kristal Abşeron” şirkəti məcburi köçkünləri incitməklə yanaşı sifarişçi şirkət olan “Paşa Holding”i də aldadır:
“Artıq bu barədə dəfələrlə yazmışıq, demişik. Nə sorğumuza cavab verilir, nə də açıqlama verilir. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2 yaşayış massivi ilə yanaşı tikilən “Qobu Park-1” bir neçə il bundan öncə tikilib. Lakin orada “Qobu Park-2” dəki qədər problem yoxdur. Məsələn, 1-də binanın üzlükləri illərdir hamısı yerindədir, heç biri binaya şuruplanmayıb, qopub tökülməyib, amma 2-də böyük əksəriyyəti qopub tökülür. Bəziləri isə qoparaq maşınların üstünə düşür, insanlara maddi ziyan vurur. Kiminsə həyatına qəsd edəcəyi də gözləniləndir.
Belə çıxır ki, “Qobu Park-1” ilk layihə olduğu üçün daha məsuliyyətli tikilib. 2-də isə özbaşınalıq olub. Yaxud sifarişçi şirkət aldadılıb. Sirr deyil ki, keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu Park-2” yaşayış massivinin sifarişçisi “Paşa Holding” olub. Yəqin ki, tikinti üçün nəzərdə tutulan vəsait təyinatı üzrə xərclənməyib, yaxud yeyintiyə yol verilib. Əgər belə bir hal olmasaydı binalarda bu kimi problemlər, keyfiyyətsizlik işarələri olmazdı. Düşünmürəm ki, ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holding” keyffiyyətsiz binaların tikintisinə razılıq versin. Demək ki, problem “Kristal Abşeron” şirkətindən qaynaqlanır…
Bu gün isə qopan ağ rəngli üzlüklərin yerinə, səliqəsiz formada qırmızı rəngli üzlük yapışdırıblar. Daha doğrusu şuruplayıblar binaya. Məsələ ictimailəşdiriləndən sonra tapşırıq veriblər ki, üstünü ört-basdır edin bilinməsin. Ustalar isə qırmızı üzlüyü ağ rəngə kraskalayaraq bunu ört basdır edirlər. Sanki sabah heç yağış yağmayacaq, o kraska yuyulmayacaq, bunların əməli yenidən işıq üzü görməyəcək.
Bu qədər sakinə niyə belə saymamazlıq, hörmətsizlik edilir ki? Bu mənzilləri dövlət keçmiş məcburi köçkünlərə mənzil şəraitini yaxşılaşdırmaq üçün verirsə, podratçı şirkət də işinə vicdanla, məsuliyyətlə yanaşmalıdır. Daha onlar da bir tərəfdən başımıza oyun açmamalıdır.
Elə bugünlərdə mətbuatda məlumat yayıldı ki, Ağalar Vəliyevə məxsus “Kristal Abşeron” şirkəti sabiq deputat, Milli Məclisin sədri Oqtay Əsədova Qubanın Qəçrəş kəndində dəbdəbəli villa tikir. Belə məsuliyyətsizliyi Oqtay müəllim üçün edə bilərlərmi? Onun mənzilinin divarını ağ üzlük əvəzinə qırmızı rənglə üzləyib kraska çəkə bilərlərmi? Yoxsa gücləri keçmiş məcburi köçkünlərə çatır?”.
Redaksiyamıza təqdim edilən görüntüləri oxuculara təqdim edirik:


Play00:3600:00MuteSettingsEnable full screen modehttps://www.youtube.com/embed/AOduC0B9mSs?autoplay=0&controls=0&disablekb=1&playsinline=0&cc_load_policy=0&cc_lang_pref=auto&widget_referrer=https%3A%2F%2Fxalqxeber.az%2Fsocial%2F66508-kristal-absheron-shirketi-sifarishchi-shirketi-aldadir-kechmish-mecburi-kochkunlere-ise-hormetsizlik-edir-onlari-incidir.

html&noCookie=false&rel=0&showinfo=0&iv_load_policy=3&modestbranding=1&enablejsapi=1&origin=https%3A%2F%2Fxalqxeber.az&widgetid=1Play

Correct.az 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir