“G7” İsrailin İrana zərbələri ilə bağlı vəziyyəti müzakirəyə çıxaracaq | DEFAKTO.AZ “G7” İsrailin İrana zərbələri ilə bağlı vəziyyəti müzakirəyə çıxaracaq – DEFAKTO.AZ

“G7” İsrailin İrana zərbələri ilə bağlı vəziyyəti müzakirəyə çıxaracaq

2




“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri aprelin 19-da İtaliyada keçiriləcək iclasda İsrailin İrana zərbələri ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Kanada Xarici İşlər Nazirliyinin əməkdaşları İranda gecə baş verən partlayışlar barədə mənə məlumat verdilər. Biz vəziyyəti diqqətlə izləyirik. Bu gün səhər məsələni xarici işlər nazirləri ilə müzakirə edəcəyik”, – deyə o bildirib.