“Nə? Harada? Nə zaman?” oyununun belaruslu mükafatçısı vətənində həbs olundu – FOTO | DEFAKTO.AZ “Nə? Harada? Nə zaman?” oyununun belaruslu mükafatçısı vətənində həbs olundu – FOTO – DEFAKTO.AZ

“Nə? Harada? Nə zaman?” oyununun belaruslu mükafatçısı vətənində həbs olundu – FOTO

2




Belarusda “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı Fyodor Şvedov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməklə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “Vyasna” hüquq-mühafizə mərkəzi məlumat yayıb.

Fyodor Şvedov Belarusda fəaliyyəti ekstremist kimi tanınan qrupları maliyyələşdirməkdə təqsirli bilinib.  

Qeyd edək ki, 48 yaşlı Fyodor Şvedov 2006-cı ildən “Nə? Harada? Nə zaman?” oyununda iştirak edir. O, 2017-ci ildə mövsümün ən yaxşı oyunçusu kimi “büllur bayquş” alıb.

Mənbə: Zerkalo.io