Hakimi təhqir edən “Qəbələ”nin menecerinə AĞIR CƏZA | DEFAKTO.AZ Hakimi təhqir edən “Qəbələ”nin menecerinə AĞIR CƏZA – DEFAKTO.AZ

Hakimi təhqir edən “Qəbələ”nin menecerinə AĞIR CƏZA

4




AFFA İntizam Komitəsi “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlını üçü şərti olmaqla beş oyunluq cəzalandırıb.

“DEFAKTO.az”un məlumatına görə, buna bölgə təmsilçisi rəsmisinin “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

“Qırmızı-qaralar” 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. “Qəbələ”nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.