Kventin Tarantino Bred Pittlə çəkəcəyi filmdən imtina etdi | DEFAKTO.AZ Kventin Tarantino Bred Pittlə çəkəcəyi filmdən imtina etdi – DEFAKTO.AZ

Kventin Tarantino Bred Pittlə çəkəcəyi filmdən imtina etdi

3




Rejissor Kventin Tarantino sonuncu olduğunu elan etdiyi “Kino tənqidçisi” filminin çəkilişi ilə bağlı fikrini dəyişib.

Bu filmin baş rolunda aktyor Bred Pitt çəkilməli idi. Film 1970-ci illərdə pornoqrafik jurnal üçün filmlər barədə rəylər yazan tənqidçinin hekayəsinə əsaslanır.

Qeyd olunur ki, Tarantino ssenarini yenidən yazıb. Nəticədə çəkilişlər təxirə salınıb. Sonra isə layihədən tamamilə imtina edib.

Mənbə: Deadline Hollywood