Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı | DEFAKTO.AZ Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı – DEFAKTO.AZ

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

3




Bakıda evdən qadınla kişinin meyitləri tapılıb.

DEFAKTO.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Meyitlər həmin ünvanda yerləşən evlərdən birində hamam otağında aşkarlanıblar.

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.