Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxsin xilas edilməsinin görüntüləri – VİDEO | DEFAKTO.AZ Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxsin xilas edilməsinin görüntüləri – VİDEO – DEFAKTO.AZ

Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxsin xilas edilməsinin görüntüləri – VİDEO

1




Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində bir nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən DEFAKTO.az-a bildirilib.

Vurğulanıb ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.