Gəncədə 37 yaşlı kişi itkin düşüb – FOTO | DEFAKTO.AZ Gəncədə 37 yaşlı kişi itkin düşüb – FOTO – DEFAKTO.AZ

Gəncədə 37 yaşlı kişi itkin düşüb – FOTO

4




Gəncədə 37 yaşlı kişi itkin düşüb.

Bu barədə DEFAKTO.az-nın yerli bürosuna onun ailə üzləri məlumat veriblər.

Onlar bildiriblər ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər.

Osman Həsənovun Nizami məqbərəsi yaxınlığında “Mercedes Vito” markalı mikroavtobusdan düşdüyü, naməlum istiqamətə gedərək itkin düşdüyü bildirilir.

Osman Həsənov ailəlidir, bir övladı var.