Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3×3 basketbol millisi Vətənə dönüb – FOTO | DEFAKTO.AZ Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3×3 basketbol millisi Vətənə dönüb – FOTO – DEFAKTO.AZ

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3×3 basketbol millisi Vətənə dönüb – FOTO

2




Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Vətənə dönüb.

“DEFAKTO.az”un məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan komandanın qarşılanma mərasimi Heydər Əliyev Beynəlxalq Hava Limanında baş tutub.

Mərasimdə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri, media mənsubları, azarkeşlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Olimpiya Təsnifat turnirinin finalında Polşa üzərində 18:17 hesablı qələbə qazanan 3×3 basketbol millimiz olimpiadaya lisenziya əldə edən ilk komanda kimi Azərbaycan tarixinə düşüb.

Daha çox şəkil burada: PhotoStock.az