Türkiyə qazının Macarıstana çatdırılacağı tarix açıqlandı | DEFAKTO.AZ Türkiyə qazının Macarıstana çatdırılacağı tarix açıqlandı – DEFAKTO.AZ

Türkiyə qazının Macarıstana çatdırılacağı tarix açıqlandı

25

Macarıstan aprelin 1-dən Türkiyə təbii qazını almağa başlayacaq.

Bu ölkə Ankaranın qonşuları xaricində Türkiyə qazını ixrac edən ilk dövlət olacaq. Məlumatı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Soçidə keçirilən “Atomexpo-2024” beynəlxalq forumunda keçirilən danışıqlardan sonra açıqlayıb.

O xatırladıb ki, Macarıstan və Türkiyə 2024-cü ildə 275 milyon kubmetr qaz tədarükü haqqında müqavilə imzalayıb.

XİN rəhbəri bunu “Macarıstan-Türkiyə enerji əməkdaşlığı üçün tarixi gün” adlandırıb.

Mənbə: TASS