Samux rayonunun Köbər kəndini su basıb – FOTO/VİDEO | DEFAKTO.AZ Samux rayonunun Köbər kəndini su basıb – FOTO/VİDEO – DEFAKTO.AZ

Samux rayonunun Köbər kəndini su basıb – FOTO/VİDEO

24

Samux rayonunun Köbər kəndində bir sıra ərazilər subasmaya məruz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.