Maskdan beyninə çip yerləşdirilən insan barədə həyəcanlı açıqlama – VİDEO | DEFAKTO.AZ Maskdan beyninə çip yerləşdirilən insan barədə həyəcanlı açıqlama – VİDEO – DEFAKTO.AZ

Maskdan beyninə çip yerləşdirilən insan barədə həyəcanlı açıqlama – VİDEO

6


“Neuralink”dən beyin çipi implantasiya edilmiş ilk insan tamamilə sağalıb. O, düşüncələri ilə kompüter siçanını idarə edə bilib.

DEFAKTO.az-ın məlumatına görə, bu barədə startapın həmtəsisçisi, ABŞ-li milyarder İlon Mask bildirib.

Onun sözlərinə görə, irəliləyiş yaxşı gedir.

“Pasiyentin bildiyimiz neyron təsirləri ilə tam sağaldığı görünür. Xəstə sadəcə düşünməklə siçansız kursoru ekranda hərəkət etdirə bilir”, – deyə Mask vurğulayıb.

“Neuralink” əlavə məlumat üçün şərh verməyib.

Xatırladaq ki, sentyabr ayında insanlar üzərində sınaqlar üçün təsdiq alan şirkət yanvar ayında ilk xəstəsinə uğurla çip implantasiya edib.