Şokolad yeməyin insana verdiyi zərərlər – Diyetoloqdan AÇIQLAMA | DEFAKTO.AZ Şokolad yeməyin insana verdiyi zərərlər – Diyetoloqdan AÇIQLAMA – DEFAKTO.AZ

Şokolad yeməyin insana verdiyi zərərlər – Diyetoloqdan AÇIQLAMA

4


Nyu-York Universitetindən diyetoloq və molekulyar bioloq Marion Nesl bildirib ki, məşhur inancın əksinə, istənilən növ şokoladda faydalı bitki birləşmələrinin, “flavonol”ların konsentrasiyası azadır. Eyni zamanda şokoladın tərkibində çoxlu kalori və şəkər var.

Diyetoloqun fikrincə, hətta tünd şokolad belə ona aid edilən antioksidant xüsusiyyətlərə malik deyil. Südlü şokoladla müqayisədə onun tərkibində daha çox “flavonol” – bədən hüceyrələrini sərbəst radikalların zədələnməsindən qoruya bilən bitki birləşmələri var. Bunlar maddələr mübadiləsi zamanı bədəndə toplanan hissəciklərdir.

Lakin istənilən növ şokolad hazırlanarkən antioksidantla zəngin kakao tozunu şəkər və tərkibində yüksək dərəcədə kalori, yağ və şəkər olan bitki yağları ilə qarışdırırlar.

Mənbə: Gazeta.ru