Cecelinin konsertindəki izdihama görə onlara qadağa qoyuldu | DEFAKTO.AZ Cecelinin konsertindəki izdihama görə onlara qadağa qoyuldu – DEFAKTO.AZ

Cecelinin konsertindəki izdihama görə onlara qadağa qoyuldu

53

Azərbaycanda xarici və yerli ulduzların konsert proqramları təxirə salınıb.

“Defakto.az” xəbər verir ki, buna Daxili İşlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın xəbərdarlıqlar etməsi səbəb olub. Xəbərdarlıq da bildirilib ki, bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb.

Belə ki, iyunun 5-də Mustafa Cecelinin Bakıdakı musiqili gecəsində sərt karantin rejiminin kobud şəkildə pozulması digər ulduzların da səhnəyə çıxmaması ilə nəticələnib. Həmin restoranda çıxış edəcək Alişan və digərlərinin çıxışı qeyri-müəyyən vaxtadək uzadılıb.

Bundan əlavə, Xalq artisti Aygün Kazımovanın həmin məkanda çıxışı təxirə salınıb. 

Digər estrada ulduzu, Xalq artisti Röya Ayxanın başqa bir məkanda çıxışı da olmayacaq.

Hər iki yerli ulduzun komanda heyəti məlumatı təsdiqləyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir