Mətbuat tariximizdə Əlimərdan bəy Topçubaşov: Nəsiman Yaqublunun araşdırması | DEFAKTO.AZ Mətbuat tariximizdə Əlimərdan bəy Topçubaşov: Nəsiman Yaqublunun araşdırması – DEFAKTO.AZ

Mətbuat tariximizdə Əlimərdan bəy Topçubaşov: Nəsiman Yaqublunun araşdırması

381

Görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşov 1863-cü ilin mayın 4-də Gürcüstanın Tiflis şəhərində anadan olub. Tiflis Gimnaziyasında təhsilini başa vurduqdan sonra Peterburq Universitetinin hüquq fakultəsinə daxil olub. 1888-ci ildə universiteti fərqlənmə ilə bitirdikdən sonra Tiflisə gələrək, burada Dairə məhkəməsində çalışıb.

Ə.M.Topçubaşov 1896-cı ildə ailəsi ilə birgə Bakıya köçüb və burada “Kaspi” qəzetinin redaktoru vəzifəsində çalışıb.Ə.M.Topçubaşovun ciddi səyləri nəticəsində 1905-ci ilin avqustunda Nijni-Novqorod şəhərində Rusiya müsəlmanlarının birinci qurultayı keçirilib.O, 1906-cı ilin aprelində Peterburqda açılan birinci Dövlət Dumasına Bakı quberniyasından üzv seçilib.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Ə.M.Topçubaşov F.X.Xoyskinin yaratdığı ikinci Hökumət kabinetində Xarici İşlər Naziri vəzifəsinə təyin edilib və Gəncədən Türkiyəyə göndərilib.1918-ci ilin dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti fəaliyyətə başlayanda Ə.M.Topçubaşov sədr seçilib.Ə.M.Topçubaşov İstanbulda olarkən Versal Sülh Konfransında iştirak etmək üçün Parisə göndərilən Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib. 1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətlərinə tanıdılmasında onun başçılıq etdiyi Nümayəndə Heyətinin böyük rolu olub.1920-ci ilin aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Ə.M.Topçubaşov Fransada qalaraq orada yaşayıb. O, 1934-cü ildə Parisdə dünyasını dəyişib.
1898-ci ildə Ə.M.Topçubaşov H.Z.Tağıyevin satın aldığı “Kaspi” qəzetinin Baş redaktoru olur. Qeyd edək ki, “Kaspi”nin geniş oxucu auditoriyasının marağına çevrilməsində və Ümumrusiya qəzeti səviyyəsinə yüksəlməsində Ə.M.Topçubaşovun böyük rolu oldu. Ə.M.Topçubaşov 1898-ci ilin iyunun 24-dən 1907-ci ilin oktyabr ayının 20-nə qədər “Kaspi” qəzetinin Baş redaktorluğunu etmişdir. Ə.M.Topçubaşova qədər “Kaspi” qəzetinə aşağıdakı şəxslər redaktorluq etmişlər: V.Kuzmin, G.Startsev, V.Ligkus-Xomitov, R.T.Qordiyevski, N.Sokolinski. Ə.M.Topçubaşov ilk azərbaycanlı idi ki, bu qəzetə redaktorluq edirdi. Onun redaktoru olduğu “Kaspi”də H.Zərdabi, M.Şahtaxtlı, Ə.Ağayev, F.Köçərli, H.Vəzirov və digər tanınmış ziyalılar yazılarla çıxış edirdilər.“Kaspi” qəzetinin bu dövrdə çıxan saylarını təhlil etdikcə onun çox təcrübəli və istedadlı bir jur¬nalist olduğunu görürük. Dünya mədəniyyəti nailiy-yət¬ləri ilə tanışlığı, doğma ədəbiyyat ənənələrinə bağlılığı onun görkəmli bir publisist kimi formalaş¬masına ciddi təsir göstərmişdir. Qəzet redaktoru kimi böyük səlahiyyətlərə malik olması onun redaksiya işində ciddi dəyişikliklər etməsinə şərait yaradırdı. Məhz bu dövrdə 90-cı illərin sosial-iqtisadi və siyasi həyatı qəzet səhifələrində əhəmiyyətli yer tuturdu. Açıq imza ilə Ə.M.Topçubaşovun çox məqalələri çap edilmişdi. “Kaspi”də o, yazılarını daha çox “T” və “Ə.M.” imzaları ilə çap etdirirdi.Ə.M.Topçubaşov jurnalistikanın əsas vəzifəsini xalqın ehtiyacını əks etdirmək və həqiqətə xidmətdə görürdü. Odur ki, Ə.M.Topçubaşovun “Kaspi”yə gə¬lişi ilə qəzet daha çox ictimai maraq kəsb etməyə baş¬ladı. 1898-ci ildə qəzetin 133-cü sayında “Redaksiya¬dan” adlı sərlövhəsi altında Ə.M.Topçubaşovun mü¬raciəti çap olunur. Ə.M.Topçubaşovun “Kaspi” qəze¬tin¬də olan redaktorluq və naşirlik fəaliyyətini lazı¬mınca qiymətləndirmək üçün bu məqalə böyük dəyər kəsb edir.  Ə.M.Topçubaşov Azərbaycan mətbuatının inki¬şa¬fı məsələləri ilə yanaşı, ümumilikdə nəşr və kitab çapı problemlərinə də diqqət yetirmiş, milli inkişafa öz töhfələrini vermişdir. “Kaspi” qəzetindəki yazıla¬rında o, milli mətbuatın yaradılması vacibliyindən danışmış, Azərbaycan mətbuatının və onun tanınmış xadimlərinin ağır şəraitini xüsusi qeyd etmişdir.Mətbuat orqanının ali məqsədi haqqında, mü¬raciətdə belə yazılır: “Daimə hər yerdə və hər bir şeydə yalnız və yalnız düzgünlük axtarmağa cəhd göstərir. Bura hər bir qəzetin və dərginin can atdığı bir məşəldir” [“Kaspi”, 1898, № 133]. Qeyd edilirdi ki, qəzetdə böyük bir yer Qafqazın tarixinə, tədqiqatına ayrılacaqdır: “Qafqaz məmləkə¬ti öz zənginliyi və təbiətinin rəngarəngliyi ilə elm üçün xüsusi maraq kəsb edir” [“Kaspi”, 1898, № 133].Sonra ardınca öz müraciətində Bakı haqqında Ə.M.Topşubaşov yazırdı: “Bakıda keçirilən abadlıq işlə¬ri¬nə, şəhər təsərrüfatı və sakinlərin ehtiyac-larına dair məsələlərə boş lövhələrdə yer ayıraraq, bu¬nunla biz Bakıya bir neft səltənəti kimi layıq ol¬duğu yeri verə biləcəyik” [“Kaspi”, 1898, № 133]. “Kaspi”nin ictimai-ədəbi mövqeyi də müəllifin redaksiya məqaləsində təyin edilmişdi: “Bu gündən biz “Kaspi” qəzetini redaktə etməyə başlayırıq [“Kas¬pi”, 1898, №133]”. Burada mətbuatın ictimai hə¬yata böyük təsiri, mətbuatın milliyət, din və rüt¬bə ayır¬madan məmləkətə maarifçilik yaymaq ideyası qeyd olunurdu…”. Müəllif həmçinin onu da qeyd edir¬di ki, mətbuatın ən əsas məqsədi həmişə və hər yerdə yalnız və yalnız doğrunu görmək və axtarıb tap¬maq¬dır. Ancaq bu zaman mətbuat mədəni, ictimai və əx¬laqi başlanğıcları həyata keçirə bilər; yalnız bu za¬man mətbu orqan ictimai şüürda mərhəmət və məhəbbət ideyalarını həyata keçirmək şəraiti qazana bilər.Azərbaycan milli istiqlal mücadiləsi və dövlət¬çiliyi tarixində önəmli yer tutan Ə.M.Topçubaşov rus və Qafqaz mətbuatında da dərin iz qoyub. Onun “Kas¬pi” qəzetində nəşr edilən yazıları isə olduqca aktual və maraqlıdır.Ə.M.Topçubaşov qəzetə redaktorluq etsə də, maraqlı yazılarla da çıxış etmişdir: 1) “Müsəlmanlar azadlıq hərəkatında” (“Kaspi”, 1905, №216); “Müsəlmanların dirçəliş dövrü” (“Kaspi”, 1905, №222); 3) “Milli qırğına nə vaxt son qoyulacaq?” (“Kaspi”, 1905, №225). Onun bu və digər yazılarında yaşadığı dövrün ciddi problemlərinə toxunulurdu. Ümumilikdə Ə.M.Topçubaşovun “Kaspi”də 1905-ci ilə qədər 25 məqaləsi çap olunub.Ə.M.Topçubaşov Azərbaycan mətbuatının inkişafı məsələləri ilə yanaşı, ümumilikdə nəşr və kitab çapı problemlərinə də diqqət yetirmiş, milli inkişafa öz töhfəsini vermişdi. “Kaspi” qəzetindəki yazılarında o, milli mətbuatın yaradılması vacibliyindən danışmış, Azərbaycan mətbuatının və onun tanınmış xadimlərinin ağır şəraitini xüsusi qeyd etmişdir.Bəs Ə.M.Topçubaşovun redaktorluğu dövründə “Kaspi” qəzeti hansı istiqamətlərə üstünlük verirdi? Təbii ki, qəzet öz proqramına və istiqamətinə uyğun olaraq maarifçilik problemlərinə daha çox üstünlük verirdi. Eyni zamanda qəzetdə məzmununa görə daha müxtəlif mövzulu yazılar çap edilirdi. Bunun nəticəsi idi ki, qəzetin artıq yüzlərcə abunəçisi var idi. Ə.M.Topçubaşovun “Kaspi”də nəşr edilən “Müsəlmanlar azadlıq hərəkatında” yazısı öz aktuallığı ilə seçilirdi. Məqalə 1905-ci ilin 17 oktyabrında çarın qəbul etdiyi məşhur manifestə (söz, mətbuat azadlığına icazə verilməsi) həsr edilmişdi.“Kaspi”nin redaktorluğunu edən Ə.M.Topçubaşov qəzetdə çox kəskin və problem xarakterli yazılarla çıxış edirdi.Bu baxımdan onun “Azadlıq və Qafqaz xalqları”  məqaləsi xüsusi diqqət çəkir. Ə.M.Topçubaşov bu məqalədə təəssüflə bir məqamı qeyd edir: “Biz hələ ki, həyatın çətin sualları ilə üz-üzə dayanmışıq, bu sualların içində isə bizi ən çox kədərləndirən erməni və tatar (azərbaycanlı− red.) milli hesablaşmasıdır. Bu, hal-hazırda bizim üçün dözülməz bir vəziyyət yaradan, erməni və tatarların həyat maraqlarına zərərli təsir göstərən sanki bir Axilles dabanıdır.Əfsuslar olsun ki, biz hələ birgə fəaliyyətə istiqamətlənməmiş, ümumi düşmənlərimizi görə bilmirik. Hər bir xalq ayrı-ayrılıqda hərəkət edərək, şəxsi ictimai-siyasi platformalarını tərtib edir, sanki həmrəy fəaliyyətin qeyri-mümkün olduğu artıq həll edilib. Bu arada onun tək həlli ilə bağlı deyil, hətta qarşılıqlı fikir mübadiləsi haqqında müzakirələr belə getməyib”.Ə.M.Topçubaşov mətbuatın əsas vəzifəsini − xalqın ehtiyacını əks etdirmək və həqiqətə xidmətdə görürdü. Odur ki, Ə.M.Topçubaşovun “Kaspi”yə gəlişi ilə qəzet daha çox  ictimai maraq kəsb etməyə başladı. Bu faktı sübut edən qəzetin həmin dövrdəki tirajı idi. “Qafqaz təqvimi”ndə verilən məlumata görə, 1899-cu ildə “Kaspi” qəzeti 2500 tirajla, 1900-1902-ci illərdə 3500 tirajla, 1904-cü ildə 5100 tirajla, 1906-cı ildə  isə 10 000 (on min) tirajla nəşr edilirdi. Bu − Ə.M.Topçubaşovun yüksək redaktorluq bacarığının göstəricisi idi.Nəsiman YaqubluTarix elmləri doktoru, Professor




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir