Sumqayıtda qazın təzyiqi ilə bağlı sakinlərin şikayətinə rəsmi qurumdan REAKSİYA | DEFAKTO.AZ Sumqayıtda qazın təzyiqi ilə bağlı sakinlərin şikayətinə rəsmi qurumdan REAKSİYA – DEFAKTO.AZ

Sumqayıtda qazın təzyiqi ilə bağlı sakinlərin şikayətinə rəsmi qurumdan REAKSİYA

12


Son bir neçə gündür Sumqayıt sakinləri təbii qazın təzyiqinin zəif olmasından şikayətlənir. Artıq 1 həftəyə yaxındır ki, sakinlər məsələ ilə bağlı müvafiq qurumlardan cavab ala bilmədiklərini deyirlər.

DEFAKTO.az-a daxil olan müraciətdə qeyd edilir ki, söhbət Sumqayıt şəhəri 5-ci mikrorayon və 21-ci məhəllədən gedir. 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşların müraciəti ilə bağlı aidiyyəti üzrə sözügedən ünvanlarda araşdırma aparılıb:

“Nəticədə Sumqayıt şəhəri 21 məhəllə və 5-ci mikrorayon ünvanlarında müvafiq tənzimlənmə işləri aparılıb. Abonentlərə təbii qazın verilişi, qaz təchizatı hazırda normaldır”.

Könül Cəfərli