Müğənni Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi | DEFAKTO.AZ Müğənni Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi – DEFAKTO.AZ

Müğənni Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

26




Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Qaynarinfo”nun məlumatına görə, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rəqsanə İsmayılovanın külli miqdarda borcu olduğuna görə Goranboy rayonunda və digər ərazilərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.