Estoniyanın keçmiş XİN rəhbəri Urmas Reynsal və DİN rəhbəri Elmar Vaher Rusiyada axtarışa veriliblər.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Rusiya DİN-in məlumat bazasında qeyd olunub ki, 22 iyun 1975-ci il təvəllüdlü Urmas Reynsal və 1975-ci il təvəllüdlü Elmar Vaher axtarışdadırlar.
Həmin şəxslərin hansı maddələrlə cinayət məsuliyyətinə cəlb olunduqları açıqlanmayıb.
Mənbə: rossaprimavera.ru