Avropa İttifaqı Rusiya Bankının dondurulmuş aktivlərinin həcmini açıqladı | DEFAKTO.AZ Avropa İttifaqı Rusiya Bankının dondurulmuş aktivlərinin həcmini açıqladı – DEFAKTO.AZ

Avropa İttifaqı Rusiya Bankının dondurulmuş aktivlərinin həcmini açıqladı

14


Avropa İttifaqı Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox məbləğdə aktivlərini dondurub.

Bu barədə Aİ-nin yenilənmiş məlumatlarından aydın olub.

Artıq Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand da bu məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Aİ liderləri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə yollarını araşdırırlar.

Mənbə: Bloomberg