Sumqayıtda yük maşını yanıb – FOTO/VİDEO | DEFAKTO.AZ Sumqayıtda yük maşını yanıb – FOTO/VİDEO – DEFAKTO.AZ

Sumqayıtda yük maşını yanıb – FOTO/VİDEO

18


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 35-ci kilometrliyində – Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinin ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “MAN” markalı yük avtomobilinin kabinə hissəsində və ön təkərlərində baş vermiş yanğının məhsulla dolu yük bölməsinə keçmə riski yüksək olub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək yük bölməsinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yük yerindəki 26 ton məhsul yanğından mühafizə olunub.