Avropada 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandası açıqlandı | DEFAKTO.AZ Avropada 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandası açıqlandı – DEFAKTO.AZ

Avropada 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandası açıqlandı

17

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandasını açıqlayıb.

Bu barədə qurumun rəsmi saytında paylaşım edilib.

Rəmzi komanda 20 yaşadək oyunçulardan təşkil olunub və onların il ərzindəki çıxışları əsas götürülüb.

Komandaya Qevin Bazunu (İrlandiya), Antonio Silva (Portuqaliya), Yosko Qvardiol (Xorvatiya), Nuno Mendeş (Portuqaliya), Qavi (İspaniya), Pedri (İspaniya), Djud Bellinqem (İngiltərə), Eduardo Kamavinqa (Fransa), Camal Musiala (Almaniya), Kərim Adeyemi (Almaniya), Ansu Fati (İspaniya) daxil edilib.