Mikayıl Cabbarov macar nazirlə nələri müzakirə etdi? – FOTO | DEFAKTO.AZ Mikayıl Cabbarov macar nazirlə nələri müzakirə etdi? – FOTO – DEFAKTO.AZ

Mikayıl Cabbarov macar nazirlə nələri müzakirə etdi? – FOTO

24

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Nazirin sözlərinə görə, Peter Siyarto ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq:

“İqtisadi-ticarət əlaqələrinin təşviqi, Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı və ölkəmizin tranzit potensialından istifadə imkanları barədə müzakirə apardıq”.