HƏMAS 10 israilli girovu azad edəcək

image

HƏMAS radikal hərəkatı Qətərin paytaxtı Dohada məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsinə razılaşdığını elan edib.

Defakto.az xəbər verir ki, bu, HƏMAS-ın teleqram kanalında dərc edilmiş rəsmi bəyanatdan irəli gəlir.

"HƏMAS danışıqların uğurla nəticələnməsinə çalışır və bu səbəbdən 10 girovun azad edilməsinə razılaşıb. Lakin bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir", - məlumatda deyilir.