Yanmış evdən tapılan qadın meyitinə görə - Saxlanılan var

image

Samux rayonu Burunqovaq kəndində 88 yaşlı qadını qətlə yetirməkdə şübhəli şəxs müəyyən olunub. 

Defakto.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 29-da Yahuzə Bəkirovanı qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 38 yaşlı Arzu Alıyevi polis əməkdaşları hadisədə şübhəli olduğuna görə aparıblar. 

Qeyd edək ki, qadının meyiti ona məxsus yandırılmış evdə aşkarlanıb.