Ağdamda minaya düşən polis əməkdaşının kimliyi məlum oldu

image

Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən polis əməkdaşının kimliyi məlum olub.

Defakto.az-ın məlumata görə, Ağdam Rayon Polis Şöbəsində polis serjantı kimi çalışan Xəyyam İsmayılov piyada əleyhinə minaya düşüb və sağ ayağı topuqdan amputasiya edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 30-da, saat 1:50-də Ağdam rayonunda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

"1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir", -deyə məlumatda bildirilir.