Azərbaycanda dönərdən kütləvi zəhərlənmə

image

Bu gün saat 16:56 radələrində 21 nəfər (10-ü kişi, 11-ü qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Defakto.az xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.

***

Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb. 

Defakto.az xəbər verir ki, bir neçə nəfər zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onlar arasında azyaşlı da var. Hazırda həmin şəxslərin müalicələri davam edir.