Tramp iğtişaşları yatırmaq üçün Milli Qvardiyanı Los-Ancelesə göndərir

image

ABŞ prezidenti Donald Tram qeyri-qanuni mühacirlərə qarşı reydlər nəticəsində yaranan iğtişaşları yatırmaq üçün Kaliforniyaya 2000 Milli Qvardiya əsgəri göndərir.

Defakto.az APA-ya istinadən xəbər verir ki, şənbə günü Los-Ancelesdə ikinci gündür ki, əsasən latınların yaşadığı məhəllənin sakinləri ilə İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) federal agentləri arasında toqquşmalar baş verib.

ICE agentləri Paramount bölgəsindəki izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Los-Anceles meri Karen Bass bundan əvvəl xidməti ABŞ-ın ikinci ən böyük şəhərində qorxu səpməkdə ittiham edib.

Donald Tramp Milli Qvardiyanı müəyyən məqsədlər üçün, o cümlədən iğtişaşların yatırılması üçün yerləşdirmək səlahiyyətindən istifadə edərək şəhərə 2000 əsgər göndərdiyini açıqlayıb.

Kaliforniyanın qubernatoru Gavin Nyusom ştata Milli Qvardiya göndərmək qərarının qəsdən təxribat olduğunu və yalnız gərginliyi artıracağını deyib.