Məşhur makaron brendinin tərkibində təhlükəli maddə aşkarlandı

image

Avropa Birliyi (AB) məşhur İtalyan makaron nəhənginin bəzi məhsullarında həddindən artıq qurğuşun aşkar edildiyini açıqlayıb.

Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, AB “Barilla”nın tam buğdalı qələm makaron məhsullarında yüksək miqdarda qurğuşun olduğunu bildirib.

Alıcılara bu məhsullardan istifadə etməmək barədə çağırış edilibş

Xüsusilə Almaniyadakı Kaufland və Lidl zəncirlərinin tədarük edilən partiyaların riskli olduğu və müvafiq məhsulların Almaniyada toplanması prosesinə başlanıldığı bildirilib.

Açıqlamada sözügedən məhsulların yalnız Mərkəzi Avropa bölgəsində satışa çıxarıldığı ifadə edilib.

"Ehtiyat tədbiri olaraq, “Barilla” Almaniya səlahiyyətliləri ilə məsləhətləşərək, analiz dəyərləri müəyyən edilmiş hədləri aşan məhdud sayda tam buğda makaronlarını rəflərdən geri çağırıb. Sözügedən məhsullar yalnız Mərkəzi Avropa regionunda satışa çıxarılıb. Toksikoloji risk olmadığından və bütün müvafiq məhsullar rəflərdən geri götürüldüyündən, məhsulun kütləvi şəkildə geri çağırılması proseduru yoxdur”.

Billurə Yunus