Qonşular arasında dava: ana və oğlu döyüldü

image

Mingəçevirdə qonşular arasında düşən mübahisə ana və oğlunun döyülməsi ilə nəticələnib.

Defakto.azın Teleqraf-a istinadən məlumatına görə, hadisə şəhərin keçmiş 5 saylı Dəmir Beton Məmulatları Zavodu ərazisində müvəqqəti olaraq məskunlaşan keçmiş məcburi köçkünlər arasında yaşanıb.

Ağdam rayon sakinləri olan 1970-ci il təvəllüdlü Cəfərova İradə Qədir qızı və 1994-cü il təvəllüdlü oğlu Cəfərov Ramal Azər oğlu qonşuda yaşayan kişi ilə mübahisə və münaqişə zəminində döyülüblər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.