Xaçmazda gənc oğlan dəm qazından boğularaq ölüb

image

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Defakto.az xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.

İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.

A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.