Ucarda güclü yanğın kəndləri işıqsız qoydu

image

Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, kəndlər işıqsız qalıb.

"Defakto.az "Report"a istinadla xəbər verir ki, hadisə Müsüslü qəsəbəsində yerləşən yarımstansiyada qeydə alınıb.

Belə ki, saat 07:40 radələrində stansiyada yerləşən transfarmatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə 6 kəndə elektrik enerjisi verən transformator yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Fakt araşdırılır.