"Sabah" Azərbaycan Kubokunun qalibi olub

image

Futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçirilib.

Defakto.az xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Əlavə 30 dəqiqədə isə daha bir top vuran "Sabah" Azərbaycan Kubokunun qalibi olub. Komanda növbəti il Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək.