Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünə yekun vurulur.
Defakto.az xəbər verir ki, bu gün turnirin final görüşü keçiriləcək.
Həlledici oyunda İtaliyanın "İnter" klubu ilə Fransa təmsilçisi PSJ üz-üzə gələcək.
Almaniyanın Münhen şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
UEFA Çempionlar Liqası, final
23:00. PSJ (Fransa) - "İnter" (İtaliya)