Minifutbol üzrə dünya çempionatı: Çexiya İsraili məğlub edib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsidə daha bir matç reallaşıb.
“Defakto.az” xəbər verir ki, Çexiya İsraili məğlub edərək 1/4 finalda iştirak hüququ qazanıb.
Milli Gimnastika Arenasında keçirilən görüş Çexiya komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.(report)