Araz Musayev Türkiyədə bıçaqlanıb, vəziyyəti ağırdır

image

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

Defakto.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.

Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. 

O, Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib, vəziyyətini həkimlər ağır qiymətləndirir.