Azərbaycanda alim ölüb - FOTO

Azərbaycanda dosent ölüb.
Defakto.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının dosenti Natiq Əhmədov uzunsürən xəstəlikdən sonra vəfat edib.
Natiq Əhmədov 1960-cı ildə Bakıda anadan olub. 1986-cı ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.
2020-ci ildən Sənaye istehsalının planlaşdırılması və idarə edilməsinin təşkilinin iqtisadiyyatı kafedrasında (indiki İqtisadiyyat və statistika kafedrası) fəaliyyətini davam etdirib.
Allah rəhmət eləsin!