Mahir Emreli üçün yeni iddia - daha bir Almaniya klubu onu istəyir

"Nürnberq"dən ayrılan Mahir Emreli üçün Almaniya mətbuatı yeni iddia ortaya atıb.
Defakto.az offsideplus-a istinadən xəbər verir ki, Bundesliqa 2 klubu "Fortuna Düsseldorf" yeni hücumçu axtarır. Düsseldorf təmsilçisi üçün üç namizəd var: Fatih Kaya, Sedrik İtten və Mahir.
Bu barədə Almaniyanın "Kicker" nəşri məlumat yayıb.
Azərbaycan yığmasının hücumçusu ilə eyni zamanda "Kayzerslautern" və adı açıqlanmayan Bundesliqa klubu maraqlanır.
Xəbərdə eyni zamanda M. Emrelinin şəxsi səbəblərə görə Almaniyada qalmaq istədiyi bildirilir.