Traktor digər maşına köməyə getmişdi, özü aşdı - Ölən və yaralı var

image

Yevlaxda bədbəxt hadisə baş verib.

Defakto.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, traktor palçıq ərazidə batan “QAZ-24” markalı minik maşınını çəkərkən aşıb.

Hadisə nəticəsində ölən və yaralanan var. Onların kimliyi hələlik məlum deyil.

Faktla bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.