Gəncədə ağır qəza - Ölən və xəsarət alan var

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Defakto.az” xəbər verir ki, Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Vüsal Bayramovun avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.
İlkin məlumata görə, V. Bayramov ağır bədən xəsarətləri alıb. Həyat yoldaşı 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.