Bakıda avtobusun şüşəsini sındıran şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Defakto.aza bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə mayın 17-də baş verib.