İnsult keçirən Fatma Mahmudovanın başına iş gəldi

image

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudovanın başına iş gəlib. 

Defakto.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.Mahmudova xəbəri təsdiqləyib. 

O bildirib ki, hazırda "İstanbul NS" klinikasında müalicə alır. 

Qeyd edək ki, F.Mahmudova bundan əvvəl bir neçə dəfə beyin insultu keçirtdiyini açıqlamışdı.